İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi prosesi davam edir
44-günlük ikinci Vətən müharibəsi nəticəsində 30 il düşmən işğalında qalan torpaqlarımız işğaldan azad edildi. Bu qələbə ölkəmiz üçün yeni mərhələnin başlanğıcı oldu. Caspian Energy Construction olaraq biz də işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərində fəal iştirak edir.
Hal-hazırda bu ərazilərdə yenidən qurulan yaşayış məntəqələrinə, idarələrə, obyektlərə qaz xətlərinin çəkilməsi, mövcud olan xətlərə baxış keçirilməsi işi sürətlə davam edir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərində işirak etmək çox qürurvericidir.